ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın “Barselona” klubu komandanın 2025/2026 mövsümü üçün futbolçularının rəsmi nömrələrini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Oyunçuların siyahısını və nömrələrini təqdim edirik:
1: Ter Ştegen
3: Balde
4: R. Arauxo
5: Kubarsi
6: Qavi
7: Ferran
8: Pedri
9: Levandovski
10: Lamin Yamal
11: Rafinya
13: Joan Qarsiya
14: Reşford
15: Kristensen
16: Fermin
17: M. Kasado
18: Jerar Martin
20: Olmo
21: F. de Yonq
22: Bernal
23: Kunde
24: Erik
25: Şensnıy
28: Runi.
Qeyd edək ki, cari mövsümün üç turundan sonra “Barselona”nın yeddi xalı var. Hazırda klub lider “Real Madrid”dən iki xal geri qalaraq, dördüncü yeri tutur.
La Liqanın növbəti turunda Hans-Diter Flikin yetirmələri “Valensiya” klubu ilə qarşılaşacaq. Oyun sentyabrın 14-də baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Xatırladaq ki, ötən mövsümün sonunda “Barselona” İspaniya çempionu olmaqla yanaşı, İspaniya kuboku və Superkubokunu da qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.