AZ

Silahlı hücum: 4 nəfər həlak oldu, 5 nəfər yaralandı

Ajans.az MDA-ya istinadən xəbər verir ki, ölənlərdən biri təxminən 50 yaşlarında, digərləri isə 30 yaşlarında kişilərdir. Yaralanan beş nəfər güllə yaraları ilə xəstəxanalara yerləşdirilib. Eyni zamanda, hadisə zamanı bir neçə nəfər şüşə qırıqları nəticəsində yüngül xəsarətlər alıb. İsrail polisi hadisənin Ramot məhəlləsində, nəqliyyat qovşağı yaxınlığında baş verdiyini bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, “iki terrorçu zərərsizləşdirilib”.

İsrailin Kanal 12 telekanalının məlumatına əsasən, silahlılar avtobusa minib və atəş açıblar. Onlara cavab atəşi bir İsrail əsgəri tərəfindən açılıb. Hadisənin məsuliyyətini hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Seçilən
30
Ajans.az

1Mənbələr