AZ

Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

XəzərNews.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.

Qeyd edək ki, Fernandu Santuş 2024-cü ildən Azərbaycan millisinə başçılıq edirdi.

Azərbaycan millisini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Xəbər 2 dəfə oxunub.
Seçilən
39
1
xezernews.az

10Mənbələr