Xalq artisti Alim Qasımov şəxsi mülkünü satışa çıxarması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Xalq artisti MilliTv.NET-a açıqlamasında 5 milyon dəyərində göstərilən əmlakın ona aid olmadığını deyib.
“Villa mənim yox, dostumundur. Məni harada görürlər deyirlər ki, bu villa, bu restoran sənindir? Artıq bu dedi-qodudan qurtarmaq istəyirəm”, – deyə A.Qasımov bildirib.
Qeyd edək ki, mülk Bakının “Vorovski” adlanan ərazisində, Heydər Əliyevin adını daşıyan məscidin yaxınlığında, 12 sot torpaq sahəsində yerləşir.