ABŞ-də keçirilən sorğuda iştirakçıların 56 faizinin Donald Trampın prezidentlik fəaliyyətindən razı olmadığı müəyyən edilib.
Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, sorğuya görə, Trampın immiqrasiya siyasətinə qarşı çıxanların nisbəti 54 faizdir. Rusiya-Ukrayna müharibəsində Trampın səylərinin “sülhü təmin edəcəyini” düşünənlər 27, münaqişənin davam edəcəyini proqnozlaşdıranlar isə 43 faizdir.
Bundan əlavə, Trampın Milli Qvardiyanı şəhərlərə göndərilməsini dəstəkləməyənlər 58 faiz təşkil edib.
İlahə QənbərliMissiya.Az