AZ

Aqil Abbas: Santuşun yerinə Pantuşu gətirəcəklər

BAKI, 8 sentyabr. TELEQRAF

"Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Fernandu Santuşun bu postdan uzaqlaşdırılmasına çox da sevinmirəm. Çünki Santuş getdi, bir Pantuş tapıb gətirəcəklər. Futbolu inkişaf etdirmək əvəzinə məşqçi dəyişdirirlər. Anlamırlar ki, ölkədə uşaq futbolu inkişaf etməyənə qədər Azərbaycanda futbol olmayacaq".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, sadiq futbol azarkeşi Aqil Abbas deyib.

“Hazırda ölkədə olan futbol akademiyaları çox zəif işləyir. Bəziləri isə yox səviyyəsindədir. Azərbaycan Futbol Federasiyaları Assosiyasiyanın (AFFA) başına da bir əcnəbi qoyacaqlar”, - deyə o, qeyd edib.

Aqil Abbas bildirib ki, özümüzün kifayət qədər yerli futbol mütəxəssislərimiz var: “Uduzuruq elə özümüzünkülərlə uduzaq. Tərlan Əhmədov kimi məşqçi ortalıqda "it döyür", amma kimisə gətirib baş məşqçi qoyurlar. Bu gün Azərbaycanın futbolunu yüksək liqada təmsil edən komandaların məşqçilərinin 6-sı əcnəbidir. Belə şey olar? Nə isə, özləri bilər. Hər halda yaxşı olacaq. 10-20 ildən sonra Azərbaycanda futbol inkişaf edəcək”.

Seçilən
62
4
teleqraf.com

5Mənbələr