AZ

Azərbaycan millisinin məşqçisi: İnanıram ki, gücümüz var

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Əsas məqsəd Azərbaycan futbolçularının psixoloji vəziyyətini yaxşılaşdırmaqdır".

Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov mətbuat konfransında deyib.

"Məşqi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhvali-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Əsas məqsədimiz psixoloji cəhətdən komandanı yüksəltməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, gücümüz var və bu baxımdan yaxşı oyun görəcəyik", - deyə R.Eyyubov bildirib.

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
oxu.az

4Mənbələr