AZ

Uğurcan Çakır Türkiyə millisində ikiqat antirekorda imza atıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə İspaniya milliləri arasında keçirilən görüşdə qapısında altı top görən Uğurcan Çakır antirekorda imza atıb.
Oxu.Az xəbər verir ki, təcrübəli qolkiper "Qalatasaray"a keçidi üçün "Trabzonspor"a 35 milyon avro qazandırsa da, ötən gecə keçirilən görüşdə qapısından qol buraxdığı üçün antirekord sahibi olub.
Belə ki, Uğurcan Çakır transfer məbləği yüksək olan və bir oyunda ən çox qol buraxan qolkiper kimi adını Türkiyə millisində antirekordçu kimi tarixə yazdırıb.
Maraqlıdır ki, Uğurcan Çakır Türkiyə millisinin 21-ci ildən bu yana 6 qol buraxdığı son üç oyunun hər birində əlcək sahibi olub.
Təcrübəli qapıçı bu göstərici ilə də antirekorda imza atıb.
Qeyd edək ki, Türkiyə millisi ilk oyunda Gürcüstan seçməsini 3:2 hesabı ilə məğlub etmişdi.
Seçilən
9
6
oxu.az

5Mənbələr