Bakı, 8 sentyabr, AZƏRTAC
Çövkən üzrə Azərbaycan yığmasının dünya çempionatında növbəti rəqibləri bəlli olub.
Azərbaycan Atçılıq Federasiyasından AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Daşkənd şəhərində keçirilən Asiya çövkən çempionatının final qarşılaşmasında ev sahib olan komanda rəqibi Pakistanı 4:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Pakistan gümüş, BƏƏ-ni üstələyən Qazaxıstan isə bürünc medallara sahib çıxıb.
Bununla da Özbəkistan və Pakistan Azərbaycan millisinin rəqibləri olub.
Qeyd edək ki, daha əvvəl Malta və Polşa seçmələri də mundiala vəsiqə qazanıblar.