AZ

151 nəfər Xocalı və Ağdərəyə QAYITDI

Sentyabrın 8-də Xocalının Xanyurdu, Ağdərənin Vəngli kəndinə növbəti köç prosesi baş tutub.

Redaktor.az-a bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı raronlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu mərhələdə Xanyurdu kəndinə 46 nədərdən ibarət 15 ailə, Vəngli kəndinə isə 29 ailə - yəni, 105 nəfər köçürülüb. Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, 32 ildən sonra doğma torpaqlarına qayıdan ailələrə yeni evlərinin açarlarını təqdim edib.

O, bildirib ki, burda sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb. Hər iki kənd içməli su, elektrik enerjisi və təbii qazla, rabitə xətti ilə təmin olunub. Sakinlər isə illər sonra doğma yurdlarına qovuşmağın sevincini bölüşüblər.

Qeyd edək ki, indiyədək Xocalının Xanyurdu kəndinə 54 ailə 191 nəfər, Ağdərənin Vəngli kəndinə isə 81 nəfərdən ibarət 22 ailə köç edib.

2222222222222
Seçilən
8
8
redaktor.az

9Mənbələr