Son dörd gündə İrana taxıl, taxta və digər yüklər daşıyan 20 İran gəmisinə Rusiya limanlarını tərk etməyə icazə verilmir.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat verib.
İran-Ermənistan Birgə Ticarət Palatasının məlumatına görə, rəsmi səbəb açıqlanmasa da, bəzi mənbələr yük sənədlərindəki çatışmazlıqların əsas gətirildiyini bildirib.
Bu vəziyyət İranın idxalçı şirkətləri və gəmi sahibləri arasında çaşqınlıq yaradıb.
"Cebheinfo.az"