AZ

Ayxan Abbasov: "Layiqli mübarizə aparmağa çalışacağıq"

style='margin-bottom:10px;'>

Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasov əsas millimizin DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Ukraynaya qarşı keçirəcəkləri görüş haqda danışıb.

QOL.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş istefaya göndərildiyi üçün bu qarşılaşmaya komandanı A.Abbasov çıxaracaq.

O, oyun haqda danışarkən layiqli mübarizə aparmağa çalışacaqlarını bildirib:

"Təbii ki, bu cür məsuliyyət, Azərbaycan millisində işləmək xoşdur. Təyinat varsa, bizim üzərimizə düşəni etmək borcumuzdur. Ən yaxşısı üçün əlimizdən gələni edəcəyik. Sabahkı oyuna az vaxt qalıb. Amma çalışacağıq ki, komandanı toparlayaq və Ukrayna qarşısında layiqli mübarizə aparaq".

Seçilən
27
3
teleqraf.com

5Mənbələr