AZ

Taekvondo millimiz birinci oldu - FOTOLAR

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilmiş “Swiss Open 2025” beynəlxalq turnirində uğurla çıxış ediblər. 

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. 

Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riad Şirəliyev (68 kq) və Səmərrux Osmanova  (49 kq) isə bürünc medallara sahib çıxıblar. 

Komandamızın üzvü Bəhruz Quluzadə  yarışın ən yaxşı idmançısı seçilib. 

Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb. Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Dr. Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.

​​​​​​"Cebheinfo.az" 

Seçilən
19
6
cebheinfo.az

10Mənbələr