ain.az bildirir, Redaktor.az portalına istinadən.
Son vaxtlar 202 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı sərnişinlərin narazılığı ciddi şəkildə artıb.
Sakinlər Redaktor.az-a müraciətlərində bildiriblər ki, bu marşrut üzrə fəaliyyət göstərən avtobusların texniki vəziyyəti qənaətbəxş deyil, nəqliyyat vasitələri tez-tez yolda xarab olur, təmir işləri isə vaxtında aparılmır.
Şikayətçilərin sözlərinə görə, avtobuslarda kondisioner sistemləri də işləmir və bu, xüsusilə isti havalarda sərnişinlər üçün çox ciddi narahatlıq yaradır.
Nə üçün avtobusların texniki vəziyyətinə ciddi nəzarət olunmur? Bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AAYDA) mətbuat katibi Tural Orucov saytımıza açıqlama verib.
Onun sözlərinə görə, hazırda 202 nömrəli marşrut xətti “Çinar-Trans” MMC-nin müvəqqəti istismarındadır.
“Hazırda 202 saylı marşrut xətti üzrə 15 ədəd yeni avtobus 8-10 dəqiqə intervalla hərəkət edir. Avtobuslar hər gün texniki müayinədən keçirilir. Əgər marşrut xətti üzrə hər hansı bir nəqliyyat vasitəsində texniki nasazlıq yaranarsa, o, dərhal başqa bir avtobusla əvəz olunur”, – deyə T.Orucov bildirib.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.