AZ

London metrosunda tətil xaosu: minlərlə sərnişin yollarda qaldı

Londonun nəqliyyat sistemi ciddi sınaqla üzləşib. Metropoliten əməkdaşlarının genişmiqyaslı tətili şəhərin gündəlik həyatını iflic vəziyyətinə salıb.

News365.az-ın məlumatına görə, Dəmir Yolları, Dənizçilik və Nəqliyyat Birliyi (RMT) tərəfindən təşkil olunan aksiyanın əsas mərhələsi sentyabrın 8-də başlayıb və 12-dək davam edəcək. Bu müddət ərzində metro stansiyaları yalnız səhər saat 08:00-dan axşam 18:00-a qədər fəaliyyət göstərəcək.

Sərnişinlərin əksəriyyəti vəziyyətdən xəbərsiz olduğundan, stansiyalara gəldikdə qapalı barmaqlıqlar və tətil elanları ilə qarşılaşıblar. Bu isə ictimai nəqliyyatda böyük sıxlığa səbəb olub. Xüsusilə avtobus dayanacaqlarında uzun növbələr müşahidə edilib.

Əməkdaşların əsas tələbi iş həftəsinin 35 saatdan 32 saata endirilməsidir. London Nəqliyyat İdarəsi (TfL) maaşlarda 3,4% artım təklif etsə də, iş rejiminin dəyişdirilməsinə razılıq verməyib.

Hazırda London metrosunun 11 xəttindən doqquzu tamamilə fəaliyyətini dayandırıb, digər iki xəttdə isə ciddi fasilələrlə işləyir. Yalnız yeni istifadəyə verilmiş Elizabeth Line və Yerüstü qatar xətti təsirdən kənarda qalıb.

News365.az

Seçilən
5
news365.az

1Mənbələr