AZ

500 minə yaxın suriyalı Türkiyədən evlərinə qayıdıb

Ötən 9 ayda 474 018 Suriya vətəndaşı Türkiyədən könüllü surətdə Suriyaya qayıdıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.  

Bildirilib ki, Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra könüllü geri qayıtmaq üçün müraciətlərin sayı xeyli artıb.

Nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi suriyalı qaçqınlara könüllü qayıtma mərhələsində dəstəyini davam etdirir.

Bundan əvvəl BMT 800 mindən çox suriyalı qaçqının hakimiyyət dəyişikliyindən sonra vətənlərinə qayıtdığını bildirmişdi.


Şəfa Hüseynli

Seçilən
83
operativmedia.az

1Mənbələr