AZ

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb (FOTO)

Bakı. Trend:

Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalı ziyarətçiləriAzərbaycanda şərab istehsalı ilə yaxından tanış etməklə yanaşı, həmdə maraqlı əyləncə proqramı ilə yadda qalacaq.

Trend xəbərverir ki, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülükvə şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalsentyabrın 13-də xüsusi şou ilə başlayacaq.

Həmin gün səhnəyə Meksika və samba üslubunda musiqilər ifa edən“Mexican band” qrupu çıxacaq. Festivala qatılacaq digər musiqiqrupları rok və hip-hop üslubunda dinamik performansları iləseçilən “Gaga band” və simli alətlərdə ifa edən “The Passion band”olacaq.

“Bəri bax” qrupunda çıxış etmiş, daha sonra 2017-ci ildə“Skeletons” mahnısı ilə “Eurovision”da Azərbaycanı təmsil edənDiana Hacıyevanın rəhbəri olduğu “Dihaj” qrupu da festivaliştirakçıları sırasındadır. Ziyarətçilərə qrupun ifasındaeksperimental elektron musiqi təqdim olunacaq. Azərbaycanıntanınmış caz ifaçılarından biri, beynəlxalq müsabiqələriniştirakçısı Ülviyyə Rəhimova da Üzüm və Şərab Festivalının qonağıolacaq. Festivalın birinci günü tamaşaçıların qarşısına çıxacaqnövbəti musiqi iştirakçısı gənc bəstəkar və ifaçı Kazım Candır. O,festivalda dinamik çıxışı ilə tamaşaçılara unudulmaz anlaryaşadacaq. 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində EldarQasımovla birlikdə “Running Scared” mahnısı ilə birinci olan,populyar ifaları ilə sevilən Nigar Camal, həmçinin 2014-cü ildə“Start a Fire” mahnısı ilə “Eurovision”da ölkəmizi təmsil edənDilarə Kazımova da festivalın birinci günündə səhnəyə çıxacaqlar.Enerjisi və xarizması ilə seçilən kubalı müğənni, rəqqasə vəxoreoqraf Edglis Hayle Latın Amerikası ritmləri ilə festivaliştirakçılarını rəqsə dəvət edəcək. DJ İradə xalq musiqisininkökləri əsasında yaradılan enerjili trekləri, digər gənc DJ Kamoisə müxtəlif tamaşaçı zövgünə uyğun musiqiləri ilə festivalı daharitmli və dinamik edəcəklər.

Sentyabrın 14-ünün də musiqi proqramı rəngarəng olacaq. Həmingün festivalın açılışını müasir pop janrında çıxış edən, səsi vəfərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək.İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxış edənTeymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifalarıunudulmaz anlar vəd edir. Retro tərzdə sevilən mahnılar ifa edən“Retro Band”, iki dəfə “Eurovision”da çıxış edən, “The VoiceTürkiye” yarışmasının qalibi Elnur Hüseynov, populyar estradamüğənnisi Nura Suri, “Qaya” dövlət ansablının solisti HumayAslanova, müğənni və bəstəkar, pop, caz və xalq musiqisinibirləşdirən ifaları ilə tanınan Xalq artisti Tünzalə Ağayeva,populyar müğənni Samir Piriyev, həmçinin Nigar Camal və DJ Kamo dasəhnədə bir-birindən fərqli təqdimatlar edəcəklər.

Festival iştirakçılarını iki gün ərzində maraqlı proqramgözləyir. Onlar üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizmpotensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı,müxtəlif interaktiv oyunlara da qatıla biləcəklər.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi,şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycandaüzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işləringeniş ictimaiyyətə çatdırılmasıdır. Bu il festivalda 23 şərabbrendi iştirak edəcək. Bununla yanaşı, 2 gün ərzində festivalərazisində sərgi, müxtəlif ustad dərsləri zonaları və məşhurrestoranların pavilyonları quraşdırılacaq.

Yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlifçeşidli şərab məhsullarının dequstasiyaları təşkil ediləcək,ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinəəldə edə biləcək, ustad dərslərində iştirak etmək, şərab evlərininmaraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Festivalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsiləqeydiyyatdan keçə bilərlər.

Seçilən
12
3
az.trend.az

4Mənbələr