AZ

İsveçrə məhkəməsi “Şimal axını-2” operatoruna borc ödənişləri üçün əlavə vaxt verdi

BAKI, 8 sentyabr. TELEQRAF

İsveçrənin Zuq kanton məhkəməsi “Nord Stream 2 AG” şirkətinə (“Şimal axını – 2” qaz kəmərinin operatoru) xırda kreditorlara olan borclarını ödəməsi üçün əlavə vaxt verib.

Teleqraf xəbər verir ki, məhkəmənin saytında dərc edilən məlumata görə, bütün xırda kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi və müvafiq ödəniş sənədlərinin təqdim olunması müddəti 2026-cı ilin fevralın doqquza qədər uzadılıb.

Qeyd edək ki, “Şimal axını – 2” qaz kəmərinin tikintisi 2021-ci ilin sentyabrında çatıb. Layihənin ilkin olaraq 2019-cu ilin sonunadək tamamlanması nəzərdə tutulsa da, ABŞ-nin sanksiyaları səbəbindən işlər ləngiyib. İllik 55 milyard kubmetr ötürmə gücünə malik qaz kəməri Rusiyanın sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanır.

Xatırladaq ki,2022-ci ilin sentyabrında baş verən partlayışlar qaz kəmərinə ciddi ziyan vurub.

Seçilən
1
teleqraf.com

1Mənbələr