Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
APA-nın xəbərinə görə, bu mərhələdə Vəngli köndinə köçürülən 29 ailəyə (105 nəfər) açarlar təqdim olunub.
Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov 32 ildən sonra doğma torpaqlarına qayıdan ailələrə yeni evlərinin açarlarını təqdim edib.
Qeyd olunub ki, burda sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb. Kənd içməli su, elektrik enerjisi və təbii qazla, rabitə xətti ilə təmin olunub.
Qeyd edək ki, indiyədək Ağdərənin Vəngli kəndinə isə 81 nəfərdən ibarət 22 ailə köç edib.
***
14.50
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
APA-nın xəbərinə görə, bu mərhələdə Vəngli köndinə 29 ailə (105 nəfər) köçürülüb.
***
13.33
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə 29 ailə (105 nəfər) Vəngli köndinə köçürülür.
Bu mərhələdə köçürülən ailələr Bakı, Kürdəmir, Ağdam, Yevlax, İmişli, Ağsu, Şamaxı, Goranboy, Qax, Bərdə, Mingəçevirdə əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köç də nəzərə alınmaqla, Ağdərə rayonunun Vəngli kəndinə cəmi 51 ailə (188 nəfər) köçürülüb.

