AZ

De Brüyne Hazardı geridə qoydu

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Belçika millisinin üzvü Kevin De Brüyne yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, o, buna DÇ-2026-nın seçmə mərhələsində Qazaxıstanla matçda (6:0) nail olub.

"Napoli"nin 34 yaşlı yarımmüdafiəçisi görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Nəticədə De Brüyne millinin heyətindəki qollarının sayını 34-ə çatdırıb ki, bu da ona "Çelsi"nin və "Real"ın sabiq yarımmüdafiəçisi Eden Hazardı ötməyə imkan verib.

Millidə qol sayına görə lider 89 qolla “Napoli”nin hücumçusu Romelu Lukaku olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
qol.az

2Mənbələr