AZ

Vüsalə Hüseynli: "İctimai palatanın yaradılması ilə bağlı vəkillik fəaliyyətinə başlanmalıdır"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirilib.

Müzakirə zamanı “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, ictimai palatanın yaradılması ilə bağlı təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə vəkillik fəaliyyətinə başlanmasının vacibliyini vurğulayıb:

“Bunun üçün vəkillik fəaliyyətinə başlanmalı, məqalələr dərc edilməli və ictimai müzakirələr təşkil olunmalıdır. Mən də vaxtilə ictimai şurada təmsil olunmuşam. QHT-nin hər hansı nazirliyin fəaliyyətinə nəzarət etməsi onun mütləq ictimai şurada təmsil olunmasını şərtləndirmir. Biz ictimai dinləmələr keçirə bilərik. İctimai şurada olmadan da ictimai nəzarəti həyata keçirmək mümkündür.” – deyə Vüsalə Hüseynli qeyd edib.

Seçilən
62
qht.az

1Mənbələr