AZ

Məşhurlar sevinclərini izləyiciləri ilə bölüşüblər FOTO

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Disney ulduzu Debby Ryan ana olur

“Jessie” serialı ilə tanınan Debby Ryan ana olmağa hazırlaşır. Məşhur aktrisa, musiqiçi Josh Dun ilə evlidir və xoş xəbəri sosial şəbəkə üzərindən paylaşıb.

Sherg.az xəbər verir ki, daha əvvəl Jessie, Insatiable, Night Teeth və Horse Girl kimi ekran işlərində rol alan Debby Ryan, “Twenty One Pilots” qrupunun zərb alətçisi Josh Dun ilə 2013-cü ildə münasibətə başlamışdı.

2019-cu ildə ailə həyatı quran məşhur cütlükdən müjdəli xəbər gəlib.

Debby Ryan və Josh Dun övlad gözlədiklərini açıqlayıblar. İlk dəfə ana-ata olmağa hazırlaşan məşhurlar sevinclərini izləyiciləri ilə bölüşüblər.

Böyüyən qarınını izləyicilərə göstərən Debby Ryan, körpəsinin USM görüntüsünü də paylaşaraq böyük maraq yaradıb.

Hazırda ABŞ-nin Ohayo ştatında yaşayan cütlük, həyəcanlarının günü-gündən artdığını bildirib. Körpənin cinsiyyəti isə hələ açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
sherg.az

2Mənbələr