AZ

Tramp ABŞ da ukraynalı qaçqının qətli barədə danışdı

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp ölkədə ukraynalı qaçqının qətlə yetirilməsinə münasibət bildirib.

Doğru.az xəbər verir ki, Tramp jurnalistin sualına cavab olaraq baş verənləri “dəhşətli” adlandırıb. O, hadisənin görüntülərini izlədiyini deyib və “sabah səhərə qədər” qətllə bağlı bütün məlumatları alacağını vurğulayıb.

Qeyd edək ki, faciə sentyabrın 6-da Şimali Karolina ştatında baş verib. Məlumata görə, kişi metroda qızın arxasında oturarkən qəfildən bıçaq çıxararaq onun boynuna üç dəfə zərbə endirib. Cinayətkar daha sonra hadisə yerini tərk etsə də, polis tərəfindən saxlanılıb.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
dogru.az

2Mənbələr