Bakı.Trend:
Avropanın antidopinq siyasətinə səlahiyyətli qurumlarıStrasburqda təmiz idmanın gələcəyini müəyyənləşdirən iki yüksəksəviyyəli toplantıda - Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrəAd Hoc Avropa Komitəsinin (CAHAMA) 68-ci iclası və Avropa ŞurasınınAntidopinq Konvensiyası üzrə T-DO Monitorinq Qrupunun 61-ciiclasında bir araya gəliblər.
Trend Azərbaycan Milli AntiDopinq Agentliyinəistinadən xəbər verir ki, ölkəmizi bu görüşlərdə Azərbaycan MilliAntidopinq Agentliyinin (AMADA) İcraçı direktoru TəhminəTağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
CAHAMA-nın iclasında iştirakçılar Avropanın ortaq mövqelərinirazılaşdıraraq, WADA İcraiyyə Komitəsinin qarşıdakı iclasınahazırlıq məqsədilə idarəetmə, rəhbərliyin seçilməsi və qitənin aliantidopinq qurumunun gündəliyinə dair təkliflərini müzakirəediblər.
T-DO-nun 61-ci iclasında isə uyğunluğun monitorinqi, Gürcüstanvə Bosniya və Herseqovinada milli qiymətləndirmələr, həmçininAvropada dopinq maddələrinin əlçatanlığının azaldılması tədbirləridiqqət mərkəzində olub. Görüşdə nümayəndələr “Enhanced Games”təşəbbüsünü qınayıb və 2027-ci il Ümumdünya Antidopinq MəcəlləsinəAvropanın töhfələrini nəzərdən keçiriblər.
Əlamətdar hadisə isə "Gender bərabərliyinin antidopinqsiyasətinə inteqrasiyası" üzrə xüsusi yaradılmış işçi qrupunun(T-DO GEMA) fəaliyyətə başlaması olub. CAHAMA-nın ekspertlərindənibarət Gender bərabərliyi üzrə İşçi Qrupunun (GECA) nəticələrinəəsaslanan yeni qurum gender bərabərliyinin antidopinq sistemininbütün səviyyələrində təmin olunması üçün tövsiyələr və monitorinqvasitələri hazırlayacaq. Qrupun sədri vəzifəsini AMADA-nın İcraçıdirektorunun müavini və CAHAMA-nın gender bərabərliyi üzrəməruzəçisi Rüfət Efendiyev icra edəcək.
CAHAMA-nın car ildə sonuncu iclası noyabr ayında keçiriləcək.CAHAMA və T-DO isə 2026-cı ilin martında Strasburqda yenidəntoplanacaq və bundan sonra Bakı WADA-nın Avropa üzrə RegionalSimpoziumuna ev sahibliyi edəcək.