AZ

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, sentyabrın 8-14-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

? Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- Futbol üzrə məşqçi-müəllim Aybəniz Əsgərzadə tərəfindən ustad dərsləri – 10 sentyabr, saat 10:00 (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu);

- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə məşqçi-müəllim Mirseyfulla Məmmədov tərəfindən ustad dərsləri – 12 sentyabr, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi);

- Dünya Qılıncoynatma Gününə həsr olunmuş qılıncoynatma üzrə nümunəvi çıxışlar – 12 sentyabr, saat 10:00 (Sumqayıt şəhər, Bələdiyyə Parkı).

? Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- Vətən müharibəsi şəhidləri Vüsal Dəmirov və Ramil Yusifovun xatirəsinə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında regional turnir – 8-9 sentyabr, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol üzrə kütləvi idman tədbiri – 11 sentyabr, saat 11:00 (İsmayıllı şəhər, Heydər Əliyev adına istirahət parkı);

- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə kütləvi idman tədbiri – 11 sentyabr, saat 10:00 (Ağsu şəhər stadionu);

- Bilik Günü münasibətilə məktəblilər arasında stolüstü tennis üzrə Qobustan rayon turniri – 12 sentyabr, saat 14:00 (Qobustan İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində pauerliftinq üzrə idman ustası Səxavət Məhərrəmovun rəhbərliyi ilə fitnes üzrə ustad dərsi – 12 sentyabr, saat 16:00 (Şamaxı şəhər, Şirvan güləş klubunun fitnes zalı).

? Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- “İdman hamı üçün” layihəsi çərçivəsində badminton üzrə açıq havada nümunəvi çıxışlar - 10 sentyabr, saat 11:00 (Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəb).

? Qarabağ Regional Gənclər və İdman İdarəsi

- Dövlət Suverenliyi Gününə həsr olunmuş atletika üzrə açıq rayon turniri - 10 sentyabr, saat 10:00 (Ağdam Olimpiya İdman Kompleksi);

- Kikboksinq üzrə rayon turniri - 10 sentyabr, saat 10:00 (Tərtər Olimpiya İdman Kompleksi);

- 2008-2009, 2010-2011, 2012-2014 və 2015-2016-cı il təvəllüdlü idmançılar arasında kikboksinq üzrə rayon turniri – 11 sentyabr, saat 10:00 (Bərdə şəhəri “Prins” İdman Klubunun zalı);

- Yeniyetmə və gənclər arasında şahmat üzrə Xocalı rayon turniri - 12 sentyabr, saat 14:00 (Goranboy UGİŞM).

? Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- Qazax şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə uşaq və yeniyetmələr arasında açıq rayon turniri - 10 sentyabr, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);

- Uşaq və yeniyetmələr arasında veloyürüş - 11 sentyabr, saat 15:00 (Gədəbəy şəhər stadionundan Heydər Əliyev Mərkəzinə qədər);

- Yeniyetmələr arasında atletika üzrə rayon turniri - 12 sentyabr, saat 9:00 (Şəmkir Olimpiya İdman Kompleksi).

? Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- Bilik Gününə həsr olunmuş üzgüçülük üzrə Qusar rayon turniri - 10 sentyabr, saat 10:00 (Qusar Olimpiya İdman Kompleksi);

- Beynəlxalq Sülh Gününə həsr olunmuş 10-14 yaşlı yeniyetmələr arasında badminton üzrə Şabran rayon birinciliyi - 12 sentyabr, saat 10:00 (Şabran şəhəri 5 nömrəli tam orta məktəb);

- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Siyəzən rayon birinciliyi - 13 sentyabr, saat 10:00 (Siyəzən şəhər stadionunun idman zalı).

? Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə Astara rayon turniri - 8-13 sentyabr, saat 19:00 (Astara Olimpiya İdman Kompleksi);

- Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında futbol üzrə Lənkəran-Astara region turniri – 8-14 sentyabr, saat 17:00 (Lənkəran rayon Kənarmeşə kəndi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 11 sentyabr, saat 9:30 (Lənkəran rayonu Liman şəhəri);

- "Konstitusiya və Suverenlik İli" çərçivəsində uşaqlar arasında cüdo üzrə Masallı rayon UGİM-in turniri - 11-12 sentyabr, saat 15:00 (Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəb);

- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 13 sentyabr, saat 15:00 (Yardımlı İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 13 sentyabr, saat 17:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);

- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 14 sentyabr, saat 10:00 (Lerik şəhər Valeh Müslümov küçəsində yerləşən idman meydançası).

? Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- Yeniyetmə və gənclər arasında üzgüçülük üzrə rayon turniri - 10 sentyabr, saat 10:00 (Ağdaş Olimpiya İdman Kompleksi);

- Yeniyetmə və gənclər arasında yunan-Roma güləşi üzrə Bilik Gününə həsr olunmuş rayon turniri - 10-11 sentyabr, saat 9:30 (Yevlax rayonu, Salamabad kənd tam orta məktəbinin idman zalı).

? Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- Üzgüçülük üzrə yeniyetmələr arasında Saatlı rayon turniri - 8 sentyabr, 11:00 (Saatlı Olimpiya İdman Kompleksi).

? Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 5-28 sentyabr, saat 19:00 (Zaqatala rayon Tala Qala stadionu);

- "Qəbələ İdman Paytaxtı - 2025" layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında kəndirlə mübarizə üzrə rayon turniri - 12 sentyabr, saat 10:00 (Qəbələ rayon Heydər Əliyev parkı);

- Yeniyetmə və gənclər arasında kros qaçışı üzrə rayon birinciliyi - 12 sentyabr, saat 10:00 (Qax şəhər stadionu).

? Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- Dövlət Suverenliyi Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate üzrə şəhər birinciliyi - 11–12 sentyabr, saat 10:00 (Hacıqabul Okinava qoçyu-ryu karate idman zalı);

- Uşaqlar arasında bədii gimnastika üzrə rayon turniri - 12-13 sentyabr, saat 11:00 (Neftçala Olimpiya İdman Kompleksi).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
272
2
icma.az

10Mənbələr