"Atletik Bilbao"nun müdafiəçisi Yeray Alvares dopinqi bilmədən qəbul etdiyi üçün diskvalifikasiya edilib.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
30 yaşlı futbolçu 10 ay müddətinə meydanlardan kənarlaşdırılıb. Bu cəzanın müddətinə futbolçunun öz günahını inkar etməyərək hökmü könüllü şəkildə qəbul etməsi də təsir edib.
Diskvalifikasiya müddəti Yerayin uzaqlaşdırıldığı 10 iyul tarixindən hesablandığı üçün o, 2026-cı il aprelin 10-dan sonra yenidən meydana çıxa biləcək.
Qeyd edək ki, 2016-cı ildə müdafiəçiyə xərçəng diaqnozu qoyulub və əməliyyatdan cəmi 46 gün sonra o, yenidən futbol oynamağa başlayıb.
2017-ci ildə isə Yerayin orqanizmində yeni bədxassəli şişlər aşkarlanıb, buna görə də o, kimyaterapiya kursu keçməyə məcbur olub.