AZ

Səfir: "Çin və Azərbaycan arasında qarşılıqlı dəstək daha da gücləndi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çin və Azərbaycan arasında qarşılıqlı dəstək daha da gücləndi. Hər iki ölkənin əsas mənafelərinə və ciddi narahatlıq doğuran məsələlərə qarşılıqlı dəstək göstərməsi, Çin və Azərbaycan münasibətlərində şərəfli ənənə olmaqla yanaşı, hərtərəfli strateji tərəfdaşlığın təbii tərkib hissəsidir".
Oxu.Az xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə səfərinin nəticələrinə həsr olunan brifinqdə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri, ŞƏT Sammitində və Çin xalqının Yapon işğalçılarına qarşı Müqaviməti və Dünya Antifaşist Müharibəsində Qələbəsinin 80 illiyinə həsr olunan yubiley tədbirində iştirakı, əslində, Çinin ŞƏT sədri kimi fəaliyyətinə, Çinin Qələbə bayramının keçirilməsinə, həmçinin multilateralizmə, beynəlxalq bərabərliyə və ədalətə dəstəyin praktik ifadəsi oldu:
"Çin dövləti çoxtərəfli platformalarda Azərbaycanla qarşılıqlı əlaqələri dərinləşdirməyə, Qlobal Cənubun ümumi mənafelərini təmin etmək naminə əməkdaşlığa hazırdır. Prezident İlham Əliyev təsdiqlədi ki, Azərbaycan Çinlə birgə hər zaman bir-birinə dəstək göstərməyə sadiqdir və bu, hər iki ölkənin əsas mənafelərinə və ciddi narahatlıq doğuran məsələlərinə aiddir. Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəkləyir".
"Üçüncüsü, praqmatik əməkdaşlıq üçün potensial daha da açıldı. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri kimi mən əminliklə deyə bilərəm ki, Çin və Azərbaycan arasında praqmatik əməkdaşlıq üçün geniş perspektivlər və böyük potensial mövcuddur", - deyə səfir əlavə edib.
Mərahim Nəsib
Seçilən
17
50
oxu.az

10Mənbələr