“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokurur xeyli epizoddan ibarət ittiham aktının elanını bitirib.
Keçmiş bulvar rəhbəri 12 milyon manat dövlət vəsaitinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham olunur. Prokuror iki prosesdə epizodları tək-tək oxuyub.
Məhkəməyə sədrlik edən hakim Leyla Əsgərova Məmmədova müttəhimlərdən ittihamlara münasibətlərini soruşub, verilmiş ittihamların sanksiya həddlərini sadalayaraq təqsirli bilinəcəkəri halda 10 ildən çox həbslə cəzalana biləcəklərini xatırladıb.
Nə İlqar Mustafayev, nə digərləri özlərini təqsirli bilib.
“Özümü qəti təqsirli saymıram. Səbəblərini sadalasam, çox vaxt gedəcək. Uzun çıxış edəcəyəm”, - deyə İ. Mustafayev əlavə edib.
Bugünkü iclasa ayrılmış vaxt yekunlaşmaq üzrə olduğundan təqsirləndirilən şəxslərin sərbəst ifadəsi növbəti iclasa saxlanılıb.
Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Mustafayev həbsdə, digərləri azadlıqdadır.
10Mənbələr
-
icma.azHəbsdəki məmur: Özümü təqsirli saymıram ( 21159175)
-
hit.az"Özümü qəti təqsirli saymıram" - İlqar Mustafayev ( 21135199)
-
gundem.az“Özümü qəti təqsirli saymıram” - İlqar Mustafayev ( 21127576)
-
Ajans.azÖzümü qəti təqsirli saymıram – İlqar Mustafayev ( 21125839)
-
konkret.az“Özümü qəti təqsirli saymıram” – İlqar Mustafayev ( 21124213)
-
tribunainfo.az“Özümü qəti təqsirli saymıram” – İlqar Mustafayev ( 21123442)
-
bizim.media“Özümü qəti təqsirli saymıram” - İlqar Mustafayev ( 21123241)
-
demokrat.az“Özümü qəti təqsirli saymıram” — İlqar Mustafayev ( 21122902)
-
milli.az“Özümü qəti təqsirli saymıram” - İlqar Mustafayev ( 21122872)
-
milliyol.az"Özümü qəti təqsirli saymıram" - İlqar Mustafayev ( 21122452)