AZ

AYB sədri Məhəmməd Füzuli haqqında film çəkilməsi təklifini irəli sürdü - AÇIQLAMA

BAKI, 8 sentyabr. TELEQRAF

"Klassik Azərbaycan ədəbiyyatının zirvəsində dayanan Məhəmməd Füzuli haqqında film çəkilməsini istərdim. Təəssüf ki, bu günə qədər onun haqqında ciddi bədii film çəkilməyib".

Bunu Teleqraf-a Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

Xalq yazıçısının sözlərinə görə, 12 ildir onun ssenarisi əsasında film çəkilmir: "Üç ssenarim var, amma heç biri çəkilmir. Biri Cəfər Cəbbarlı haqqındadır. Mənim klassiklərimiz haqqında filmlərim var, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Hüseyn Cavid. Həmin filmlər televiziyada uğurla təqdim edilir".

Seçilən
2
teleqraf.com

1Mənbələr