AZ

Səbail lə səfər matçına qələbə üçün çıxacağıq Mingəçevir in müdafiəçisi

ain.az, Fanat portalına istinadən məlumat verir.

Sentyabrın 11-də futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsüm start götürəcək. İlk turun mərkəzi qarşılaşması çempionluğu hədəfləyən iki komanda - "Səbail" və "Mingəçevir" arasında keçiriləcək. "İşıqçılar"ın müdafiəçisi Elmin Bayramovla əlaqə saxlayıb sentyabrın 12-də "ASCO Arena"da baş tutacaq qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Səbail"lə oyunun çətin keçəcəyi öncədən bəllidir. Rəqib Premyer Liqa təcrübəsi olan komandadır. Bu mövsüm çempionatda ötən mövsümün yekunlarına əsasən tərk etdikləri elitaya qayıtmaq üçün mübarizə aparacaqlar. Biz də matça yaxşı hazırlaşmışıq. Məqsədimiz çempion olmaqdır. "Səbail"lə səfər oyununa qələbə üçün çıxacağıq".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
fanat.az

2Mənbələr