AZ

İsmayıllıda zəncirvari qəza - Avtomobillər müştəri dolu restorana çırpılmaqdan son anda qurtuldular

Ötən gün İsmayıllıda baş verən yol qəzasının görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, hadisə şahidlərinin bildirdiyinə əsasən, VAZ-2107 markalı avtomobil əvvəlcə "Mercedes" markalı maşına çırpılıb. Bundan sonra həmin maşınlar yaxınlıqdakı digər avtomobilə dəyib.

Avtomobillər zərbənin təsirindən yaxınlıqdakı restoranın bir addımlığında dayanırlar. Avtomobillərin iaşə obyektinə çırpılmaması faciənin daha da böyükmiqyaslı olmasının qarşısını alıb.

Qəza nəticəsində xəsarət alan və ölən olmayıb.

Seçilən
25
1
far.az

2Mənbələr