AZ

Azərbaycan millisinin heyətində dəyişiklik – iki futbolçu U-21-ə göndərildi

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib. 

News24.az AFFA-ya istinadla xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar. Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

Aqil

Seçilən
68
22
news24.az

10Mənbələr