AZ

"Bayer"in yeni baş məşqçisi bilindi

Almaniyanın "Bayer" klubununun yeni baş məşqçisi bəlli olub.

 90deqiqe.Az-ın məlumatına görə,  Leverkuzen təmsilçisi baş məşqçi postuna danimarkalı mütəxəssis Kasper Yulmandı gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, "Bayer"-in əvvəlki baş məşqçisi Erik ten Hag, klubun zəif nəticələri səbəbindən vəzifəsindən azad edilmişdi. Komanda mövsümün başlanğıcında yalnız 1 xal toplayıb və hazırda Bundesliga-nın 12-ci sırasındadır.

Kasper Yulmand 2020-2024-cü illər arasında Danimarka milli komandasının baş məşqçisi olub və bu dövr ərzində Avropa Çempionatının yarımfinalına yüksəlməyi bacarıb.

Seçilən
68
90deqiqe.az

1Mənbələr