AZ

Dövlət büdcəsində kəsirin maliyyələşdirilməsində proqnozdan kənar artım və icra fərqləri müşahidə olunub

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrası üzrəaylıq hesabatlara əsasən, daxili borclanmadan və məqsədli büdcəfondlarının qalığından kəsirin maliyyələşdirilməsi mənbələri üzrəmüvafiq olaraq 989 milyon manat və 9,6 milyon manat proqnoza qarşı0% icra qeydə alınıb.

Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altıayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillikməlumata xülasə"nə istinadən xəbər verir.

Bildirilib ki, vahid xəzinə hesabının sərbəst qalığından kəsirinmaliyyələşdirilməsi üçün 45 milyon manat proqnozlaşdırılıb, lakin76,9 milyon manat maliyyələşdirmə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci ilin 6 ayı üzrə dövlət büdcəsiningəlirləri 19,099 milyard manat, xərcləri 17,276 milyard manat,profisit isə 1,823 milyard manat nəzərdə tutulub, gəlirlər 19,804milyard manat, xərclər 17,096 milyard manat icra edilib. Nəticədə2,708 milyard manat profisit yaranıb ki, bu da proqnozlaşdırılangöstərici ilə müqayisədə 885 milyon manat çoxdur.

Seçilən
82
az.trend.az

1Mənbələr