AZ

Tramp onun qətlini araşdıracağına söz verdi

ABŞ prezidenti Donald Tramp iki həftə əvvəl Birləşmiş Ştatlar metrosunda bıçaqlanaraq öldürülən ukraynalı qaçqın İrina Zarutskayanın qətlini araşdıracağına söz verib.

Publika.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalında bildirib.

"Dəhşət! Hadisənin videosunu gördüm. Sabah səhərə qədər bu iş haqqında hər şeyi biləcəyəm", - o, jurnalistlərə bildirib.

Əvvəllər oğurluq, soyğunçuluq və silah saxlamaqda təqsirli bilinən 34 yaşlı DeKarlos Braunun İrinaya hücum etdiyi bildirilir. Hücumdan dərhal sonra polis onu saxlayıb.

Qeyd edək ki, yayımlanmış videoda Zarutskayanın vaqonda kişi ilə üzbəüz oturduğu görünür. Bir neçə dəqiqədən sonra bıçağı çıxarır və ona bir neçə zərbəsi vurur.

Seçilən
40
publika.az

1Mənbələr