AZ

Bakıda sürücülər güclü LED işıqlarından ŞİKAYƏT EDİR – "Gözümüzü çıxarır, qəza şəraiti yaradırlar"

Bəzi sürücülər gecə saatlarında avtomobillərində güclü LED işıqlardan istifadə edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradırlar.

Far.Az-in "qaynar xətt"inə daxil olan şikayətdə bildirilib ki, bu vəziyyət xüsusilə şəhər daxilində hərəkət zamanı digər sürücülərin gözlərini qamaşdırır və qəza riskini artırır.

"Axşam saatlarında elə bil günəş işığı gözümüzə vurur. LED işıqlar o qədər güclüdür ki, maşını idarə etmək çətinləşir. Xahiş edirik ki, bununla bağlı tədbir görülsün",-deyə vətəndaş qeyd edib.

Seçilən
30
1
far.az

2Mənbələr