AZ

Sergey Rebrov: Azərbaycan millisi ilə oyunda istənilən ssenariyə hazırıq

Bakı, 8 sentyabr, AZƏRTAC

Fernandu Santuşun Azərbaycan millisindən ayrılması bizim hazırlığımıza da təsir edəcək. Çünki artıq rəqibi təhlil etmişdik. Onların hücumda və müdafiədə necə oynadıqlarını futbolçularımıza göstərmişdik. Amma vacib olan meydanda sərgiləyəcəyimiz oyundur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis sabahkı qarşılaşmada istənilən ssenariyə hazır olduqlarını bildirib: “Rəqibi analiz etmişik, lakin müəyyən düzəlişlər olacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

 

Seçilən
28
3
azertag.az

4Mənbələr