AZ

Azərbaycan diplomatları Kiyevdə Rusiyanın vurduğu binalara baxdılar

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa, baş nazir Yuliya Sviridenko və daxili işlər naziri İqor Klimenko Rusiya tərəfindən Kiyevdə Nazirlər Kabineti binasına endirilən zərbədən sonra diplomatik missiyaların nümayəndələri üçün hadisə yerinə səfər təşkil ediblər.

Modern.az xəbər verir ki, məlumatı Ukrayna XİN yayıb.

Səfərdə Azərbaycan, İsrail, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, ABŞ, Türkiyə, Avropa İttifaqı və digər ölkələrin diplomatları iştirak ediblər. Ukraynalı rəsmilər onlara hücumun nəticələri və son günlər ölkənin müxtəlif şəhərlərinə dəyən zərərlər barədə məlumat veriblər.

Yuliya Sviridenko və İqor Klimenko diplomatlara bildiriblər ki, son raket hücumları yalnız paytaxt Kiyevi deyil, Sumı, Kremençuq, Odessa, Dnepr, Krivoy Roq və Zaporojyeni də hədəfə alıb. XİN rəhbəri Andrey Sibiqa vurğulayıb ki, belə səfərlər beynəlxalq ictimaiyyətin Ukraynanın yanında olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, sentyabrın 7-nə keçən gecə Rusiya ordusu Kiyevə raket hücumu təşkil edib. Svyaatoşin və Darnitsa rayonlarında dağıntılar qeydə alınıb, iki nəfər, o cümlədən bir uşaq həlak olub, azı 18 nəfər yaralanıb.

Hücum zamanı Azərbaycan səfirliyinin binasına da zərər dəyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
modern.az

10Mənbələr