AZ

Azərbaycanın tanınmış futbol veteranının 90 illik yubiley mərasimi keçirilib  

Azərbaycanın tanınmış futbol veteranı Siyavuş İbrahimovun 90 illik yubiley mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazir Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftahətdinova, bir sıra idman qurumlarının nümayəndələri və idman veteranları çıxış edərək, veteran futbolçunun idmana verdiyi töhfələrdən və idmanın inkişafındakı rolundan danışıblar.

Tədbirdə yubilyarın həyat və idman yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Sonda Siyavuş İbrahimov çıxış edərək şəxsi xatirələrini bölüşüb, yetirmələrinə, dostlarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Seçilən
24
4
azerbaijan-news.az

5Mənbələr