AZ

"Bayer" yeni baş məşqçisini AÇIQLADI

Almaniyanın "Bayer" klubu yeni baş məşqçisini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi mətbuat xidməti məlumat yayıb.

Komanda danimarkalı mütəxəssis Kasper Yulmanna tapşırılıb. O, bu vəzifədə Erik ten Haqı əvəzləyib. 53 yaşlı mütəxəssislə 2027-ci ilin iyunun qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Kasper Yulmann son olaraq Danimarka millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında danimarkalılar Avro-2020-nin final mərhələsində oynayıblar və turnirin yarımfinalına qədər yüksələ biliblər.

Bizim.Media

Seçilən
21
bizim.media

1Mənbələr