Bu ilin avqust ayının 21-də AR Ekologiya və TəbiiSərvətlər Nazirliyinin yanında Milli HidrometeorogiyaXidmətinin şöbə müdiri, iqlim dəyişmələri və dayanıqlı inkişafməsələləri üzrə beynəlxalq ekspert, dosent Fuad HümbətovBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasıtərəfindən Paris Sazişinin 6.4 maddəsinin icrasına normativnəzarət məqsədilə dünya üzrə 15 ekspertdən ibarətyaradılmış mötəbər şuraya dörd il müddətinə üzv seçilmişdir. Belə ki, qeyd olunan şura Paris Sazişinin 6.4 Maddəsininicrası ilə əlaqədar müvafiq qaydaların düzgün icrasınanəzarət məqsədilə xüsusi yaradılmışdır və “Müraciət vəŞikayət” (Appeal and Grievance) adlanır.
Məlumat üçün qeyd edək ki, Paris Sazişinin 6.4-cü maddəsi iqlim dəyişmələrinə səbəb olan istixana effektiyaradan qazların emissiyalarının azaldılması, yəni mitiqasiyaməqsədilə karbon kreditlərinin ticarəti üçün BMT tərəfindənidarə olunan qlobal karbon bazarını, yəni Paris SazişininKreditləşmə Mexanizmini (Paris Agreement Crediting Mechanism) tənzimləyir. Bu maddə iqlim dəyişmələri iləmübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq edir,ölkələrə və özəl sektor subyektlərinə öz emissiyalarınınazaldılması vahidləri ilə ticarət etməyə imkan verir.
Belə bir mötəbər şuraya üzv seçilmiş F.Hümbətov həmdə Azərbaycan Respublikası Sədrliyi və ev sahibliyi ilə2024-cü ilin noyabr ayının 11-24 tarixlərind müvəffəqiyyətlətəşkil edilmiş COP29-da milli danışıqçılar qrupunun üzvüolmuş və tədbirin hazırlanması, təşkilində fəal iştirakına görəAR Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnaməilə təltif edilmişdir. Maraqlıdır ki, məhz COP29-da Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqları prosesində çoxmühüm nəticələr əldə edilmişdir.
Onu da əlavə edək ki, F.Hümbətov 2024-cü ilin aprelayında BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi vəSosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmişseçkilərdə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrəBeynəlxalq Ekspertlər Qrupunun ilk sədri seçilmişdir. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdəAsiya və Sakit Okean bölgəsində 53 ölkəni, o cümlədən Fransa və ABŞ-I birləşdirir və bölgədəmakroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətininkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri vədayanıqlı inkişaf məsələləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafınatöhfə verir.
F.Hümbətov həm də İkiillik Şəffaflıq Hesabatları (BTR) hazırlanması üzrə UNFCCC-nin yoxlayıcı beynəlxalq ekspertidir. O, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini və 1994-cü ildə MEA-da aspiranturanı fərqlənmə diplomları ilə bitirmişdir. 1994-cü ilin mayında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir, hazırda doktorluq dissertasiyasını yekunlaşdırır.1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, həm də Brüssel Azad Universitetinin (Université Libre de Bruxelles), Avropa Beynəlxalq Münasibətlər İnstitutu nəzdindəki Diplomatiya Akademiyasının (Belçika) və UNFCCC nəzdində GHG İdarəçilik İnstitutunun (GHG Management İnstitute)məzunudur.
F.Hümbətov İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPPC) və “Horizon Europe” proqramının Milli Əlaqələndiricisidir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir, dayanıqlı inkişaf, iqlim dəyişmələri, enerji diplomatiyası üzrə 80-dən artıq məqalə və 4 monoqrafiyanın müəllifidir. 2025-ci ildə onun AR-də ilk dəfə iqlim diplomatiyasi üzrə dərsliyi işıq üzü görmüşdür.
Bununla yanaşı, F.Hümbətov 2002-2009-cu illərdə AR Xarici İşlər Nazırliyində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Belə ki, 2002-ci ildə ATƏT-in Gürcüstan Respublikasındakı Müşahidə Missiyasının tərkibində fəaliyyət göstərmiş, 2002-2009-cu illərdə isə AR-in Belçika Krallığındakı Səfirliyinin və Avropa Birliyi yanında Daimi Nümayəndəliyinin birinci katibi vəzifəsində çalışmışdır. O, “Xocalı faciəsinin” Avropa Komissiyası tərəfindən tanınması (2008), erməni diasporasına qarşı “Le pouvoir du Lobby” kitabının hazırlanması və yayılması (2006), Haaqa şəhərində “Xocalı qurbanları” abidəsinin ucaldılması və diaspora mövqeyindən digər fəaliyyətlərə bilavasitə rəhbərlik etmişdir(https://az.wikipedia.org/wiki/Fuad_H%C3%BCmb%C9%99tov)
2024-cü ildə UNEP tərəfindən Emissiya Boşluqları Hesabatının (EGR) hazırlanmasında rəyçi və Rəhbər Komitənin üzvü kimi iştirak etmişdir.
O, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı (2023), yubiley medalı, fəxri fərman və digər mükafatlarla təltif edilmişdir.