Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorogiya Xidmətinin şöbə müdiri, iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq ekspert, dosent Fuad Hümbətov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfindən Paris Sazişinin 6.4 maddəsinin icrasına normativ nəzarət məqsədilə dünya üzrə 15 ekspertdən ibarət yaradılmış mötəbər şuraya dörd il müddətinə üzv seçilib.
Publika.az xəbər verir ki, “Müraciət və Şikayət” (Appeal and Grievance) adlanan şura Paris Sazişinin 6.4 maddəsinin icrası ilə əlaqədar müvafiq qaydaların düzgün icrasına nəzarət məqsədilə yaradılıb.
Paris Sazişinin 6.4-cü maddəsi iqlim dəyişmələrinə səbəb olan istixana effekti yaradan qazların emissiyalarının azaldılması, yəni mitiqasiya məqsədilə karbon kreditlərinin ticarəti üçün BMT tərəfindən idarə olunan qlobal karbon bazarını, yəni Paris Sazişinin Kreditləşmə Mexanizmini (Paris Agreement Crediting Mechanism) tənzimləyir. Bu maddə iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq edir, ölkələrə və özəl sektor subyektlərinə öz emissiyalarının azaldılması vahidləri ilə ticarət etməyə imkan verir.
Şuraya üzv seçilmiş F.Hümbətov COP29-da milli danışıqçılar qrupunun üzvü olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta