AZ

Bakıda ağır yol qəzası baş veribVİDEO

Xəzər rayonu, Qala-Pirallahı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az “Hyundai” markalı, 99-XM-330 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı, 10-XE-462 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub.

Nəticədə 19 nəfər xəsarət alıb. Məlumata görə, mikroavtobusda olan şəxslər istixanya işə gedirlərmiş. 

TƏBİB-dən bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir. 

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qeyd edildi ki, sözügedən mikroavtobus sifarişli sərnişindaşıma xidməti aparıb və fəaliyyət göstərmək üçün icazə almayıb.

Qeyd edək ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişin daşımaları ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. İcazə olmadan sərnişindaşıma fəaliyyəti göstərmək isə inzibati məsuliyyət yaradan haldır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
51
xezerxeber.az

1Mənbələr