AZ

Gürcüstan DİN-i Tiflisdə etirazçılara xəbərdarlıq etdi

Musavat.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tiflisdə mer Kaxa Kaladzenin seçki qərargahı qarşısında keçirilən etiraz aksiyasının iştirakçılarını polis tələblərinə əməl etməyə çağırıb.

Rəsmi açıqlamada bildirilib ki, qanunun pozulması və vəziyyətin gərginləşdirilməsinə yol verilməməlidir.

DİN-in bəyanatında deyilir:

“Əks halda, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş tədbirləri görəcək və hər bir qanun pozuntusu üzrə hüquqi reaksiya veriləcək”.

Nazirlik həmçinin vurğulayıb ki, qarşıdurma başlayan andan dərhal sonra vəziyyət nəzarətə götürülüb. Buna baxmayaraq, bəzi vətəndaşların hələ də ictimai asayişi pozmağa cəhd etdiyi qeyd olunub. 

 

Musavat.com

Seçilən
21
4
musavat.com

5Mənbələr