AZ

ASF Gəncədə təlim-məşq toplanışına start verdi

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində təlim-məşq toplanışına başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, toplanışa üzgüçülük üzrə milli komandanın üzvləri, eləcə də Azərbaycanı sözügedən beynəlxalq yarışda təmsil edəcək idmançılar qatılıb. Onların sırasında 13–14 sentyabr tarixlərində keçiriləcək “ASF Ganja Cup 2025” turnirinin iştirakçıları da yer alır.

Xatırladaq ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və digər bir sıra idman növlərinə ev sahibliyi edəcək. İdman tədbirinin açılış mərasimi 28 sentyabrda, bağlanış mərasimi isə 8 oktyabrda Gəncə Şəhər Stadionunda keçiriləcək.

Üzgüçülük yarışları isə 28 sentyabr – 2 oktyabr tarixlərində Gəncə İdman Sarayında baş tutacaq.

Seçilən
50
90deqiqe.az

1Mənbələr