AZ

Fransa Rusiya hipersəs raketlərinə qarşı “Nostradamus” radarını gücləndirir

Fransa Müdafiə Nazirliyi unikal strateji radiolokasiya sistemi **“Nostradamus”**un genişmiqyaslı modernləşdirilməsinə başlayıb.

Editor.az xəbər verir ki, radar keçmişdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olmuş Dre-Luvilye aviabazasının ərazisində, Er-e-Luar departamentində yerləşir.

Məlumata görə, Fransa Müdafiə Nazirliyi bu layihəyə ciddi maliyyə vəsaiti ayırıb. “Nostradamus” texnologiyası hələ 1990-cı illərdə hazırlanmışdı, lakin uzun müddət istifadə olunmadan qalıb. Modernləşdirmədən sonra radarın xüsusilə hipersəs sürətli raketlərin və digər strateji təhlükələrin aşkar edilməsində mühüm rol oynayacağı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, layihə Avropanın hava məkanının müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Seçilən
40
editor.az

1Mənbələr