Bakı. Trend:
Oğuz rayonunda qurulan müəssisədə özünüməşğulluq proqramıçərçivəsində avtomobil təmirinə aid sahələr üzrə aktivlər verilmişşəxslər eyni məkanda fəaliyyət göstərəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumatagörə, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icraetdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisəistifadəyə verilib.
Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi -avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlərüzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlətəmin olunan şəxslərin eyni məkanda, birgə fəaliyyət göstərməsiüçün yaradılıb.
Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmişmüəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin bərpası vətəmiri, avtomobil disklərinin təmiri, avtoçilingər, avtoyağlama vəavtotəmizləmə istiqamətləri üzrə xidmətlər göstərəcək.
Rayonun Padar kəndində, magistral yolun kənarında fəaliyyətgöstərən müəssisənin açılış tədbirində Oğuz Rayon İcraHakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Agentliyin İdarəHeyətinin sədri Sadiq Əliyev və rayon ictimaiyyətinin nümayəndələriiştirak ediblər.
Cavid Əbdul-Qədirov yeni yaradılan müəssisənin rayonda yeni işyerlərinin yaradılması, məşğulluq imkanlarının artırılmasıbaxımından önəmini vurğulayıb. Belə layihələrin bölgədə xidmətsektorunun inkişafına dəstək verməklə yanaşı, sakinlərinməşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib.
Sadiq Əliyev “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edibki, layihə özünüməşğulluq proqramının daha səmərəli icrasına,iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətininartırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsədvətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlıbiznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrindəpeşəkar fəaliyyət göstərmələrinə də dəstək olmaqdır.
Digər çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşlarınməşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunuvurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağınaəminliklərini ifadə ediblər.
Layihə çərçivəsində müəssisənin fəaliyyət istiqamətlərimərhələli şəkildə genişləndiriləcək. Yaxın zamanda müəssisədəavtorəngsaz, avtodəmirçi, zədələrin boyasız təmiri və avtorazvalxidmətlərinin göstərilməsinə də başlanacaq.