AZ

Stubb Vaşinqtonda Ukrayna toplantısına qatılmayacaq

Stubb Vaşinqtonda Ukrayna toplantısına qatılmayacaq

Finlandiya prezidenti Aleksandr Stubb Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla Ukrayna nizamlanması üzrə sentyabrın 8-i və 9-na planlaşdırılan görüşündə iştirak etməyəcək.

AFN.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti prezident ofisinə istinadən məlumat yayıb.

Bildirilir ki, Stubb həftənin əvvəlində Vaşinqtona səfər etməyi planlaşdırmır.

Bundan əvvəl Tramp bildirib ki, bəzi Avropa liderləri Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün sentyabrın 8-9-da ABŞ-a gələcək.

Seçilən
79
afn.az

1Mənbələr