AZ

Piylənməyə qarşı yeni mübarizə üsulu KƏŞF EDİLDİ

Barselonadakı Biotibbi Tədqiqatlar İnstitutunun tədqiqatçıları piylənmə və 2-ci tip şəkərli diabetin müalicəsinə yanaşmanı dəyişə biləcək bir kəşf ediblər.

Bizim.Media xəbər verir ki, alimlər müəyyən ediblər ki, qəhvəyi piy toxuması tərəfindən ifraz olunan nevritin zülalı maddələr mübadiləsini gücləndirir və artıq çəki yığılmasının qarşısını alır.

Siçanlar üzərində aparılan təcrübələrdə nevritin səviyyəsinin artması orqanizmin enerji sərfini yüksəldib. Bu isə yağ yığılmasının qarşısını alıb, insulinə həssaslığı yaxşılaşdırıb və hətta yüksək kalorili qidalanma zamanı belə qaraciyərdə iltihabı azaldıb. İştahı tənzimləyən dərmanlardan fərqli olaraq, nevritin maddələr mübadiləsini stimullaşdırmaqla təsir göstərir ki, bu da onu yeni müalicə üsullarının hazırlanması üçün perspektivli istiqamətə çevirir.

Tədqiqatçıların sözlərinə görə, bu kəşf piylənmə və onunla bağlı xəstəliklərə qarşı innovativ terapiyaların yaradılmasına yol aça bilər. Hazırda bu yanaşmanın insanlar üçün tətbiq olunub-olunmayacağını müəyyənləşdirmək məqsədilə əlavə araşdırmalar aparılır.

Bizim.Media

Seçilən
2
2
bizim.media

10Mənbələr