AZ

“Tesla” ABŞ da bazar payını itirir

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Avqustda ABŞ-nın elektromobil bazarında "Tesla" avtomobil şirkətinin payı 38 faizə düşməklə, son yeddi il ərzində ən aşağı göstəriciyə enib. Şirkət ilk dəfə 40 faizlik həddi aşa bilməyib.Reyting.az xəbər verir ki, "Hyundai", "Kia", "Honda", "Toyota" kimi maşınlar öz satışlarını 60-120 faiz artırdığı halda, "Tesla"-nın artımı cəmi 3,1 faiz olub. Rəqiblər vergi güzəştlərinin bitməsindən sonra əlavə endirimlər, həmçinin faizsiz kreditlərlə alıcıları cəlb etməyə çalışırlar.Ekspertlər bildiriblər ki, yeni modellərin olmaması və "Cybertruck" modelindən olan avtomobilin bazardakı uğursuzluğu "Tesla"-nı daha çox zəiflədib. Avqustdan bəri, sentyabrdan davam etməklə, artıq seçimini edən istehlakçılar yerli bazarda daha sərfəli təkliflər təqdim edən digər brendlərə yönəlməyə başlayıblar.Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
reyting.az

2Mənbələr